04-10-2016 [19:50]
Naxçıvan Muxtar Respublikasının (MR) Bakıdakı Daimi Nümayəndəliyi bəzi kütləvi informasiya vasitələrində (KİV) Naxçıvan MR haqdakı yazılara münasibət bildirib.
Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov mediaya açıqlamasında son vaxtlar Naxçıvan MR-lə bağlı bir sıra KİV-də sifarişli, əsassız və qərəzli yazıların dərc edildiyinə diqqət çəkib.
B.Əsgərov bildirib ki, Naxçıvanla bağlı "təhlillər”də əsas məqsəd iqtisadi məsələlərə diqqəti cəlb etmək deyil: "Bu yazıların mahiyyəti "vətənpərvərlik”, "təəssübkeşlik”dən, iqtisadi rəqəmlərin müqayisəsindən tamamilə kənar, planlı sifarişdir.
Yazılara diqqətlə baxdıqda, həmmüəlliflərin Azərbaycanın 1990-cı illərin əvvəllərində, müstəqillik əldə etdiyimiz ilk illərdə respublikamızda qəsdən ortaya atılmış separatizm, bölücülük meylli düşüncəyə sahib olduqları aydın sezilir. Biz son dövrlər Naxçıvan MR-da sosial-iqtisadi inkişafın getdikcə yüksəldiyini görürük. Naxçıvana səfər edən hər bir Azərbaycan vətəndaşı, o cümlədən ölkəmizdəki diplomatik nümayəndəliklərin rəhbərləri də muxtar respublika haqda öz yüksək fikirlərini ifadə edirlər.
Həqiqətən də son illərdə Azərbaycanın ictimai-siyasi və yüksək inkişaf templi mühitinə uyğun olaraq Naxçıvanda da siyasi-iqtisadi mühit son dərəcə uğurlu, ürəkaçandır. Naxçıvan günü-gündən inkişaf edir. Təbii ki, bu inkişafı gözü götürməyənlər müxtəlif şayiələr yaymaqla guya 2017-ci ildə Azərbaycanın dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitlərin qeyri-bərabər formada paylanmasına "diqqət” cəlb etmək istəyirlər. Həmin "məqalələr”ə diqqət yetirənlər bunun siyasi motivli olduğunu ilk baxışdan anlayırlar.
Burda normal iqtisadi-siyasi məntiqdən söhbət gedə bilməz. Bunu sübut etməyə ehtiyac da yoxdur. Məqalə müəllifləri Azərbaycanın digər rayonları ilə Naxçıvanı müqayisə edib, Naxçıvanı region adlandırılar.
Bu məsələ kökündən yanlışdır. Naxçıvan MR-in statusu var. Naxçıvan MR-in konstitusiyasının I fəslində açıq qeyd olunub ki, Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvanı əsassız şəkildə tənqid edənlərin mənəvi və milli kimlikləri Azərbaycan vətəndaşlığı ilə üst-üstə düşmür”.
Bəxtiyar Əsgərov bildirib ki, Naxçıvan haqqında əsassız məqalələr müəyyən qüvvələrin sifarişi əsasında yazılır:
"Onlar bununla Naxçıvan MR-da gedən iqtisadi inkişafı ləkələmək istəyirlər. Biz bunlara öz sanballı cavablarımızı verməkdən çəkinməyəcəyik. Onsuz da artıq iqtisadi sahədə böyük bilik və təcrübə sahibi olan bir çox insan bu barədə sanballı fikirlərini ifadə edib və etməkdədirlər. Vətənini, dövlətini sevən, vicdanlı insanlar belələrinə layiq olduqları yeri göstərəcəklər. Naxçıvan MR-da 7 inzibati rayon mövcuddur. Naxçıvan MR-ın özünün nazirlikləri, komitələri, icra hakimiyyətləri var. Bunların saxlanılması üçün dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaiti tamamilə başqa səpkidə yönləndirərək guya adambaşına düşən ümumi məbləğ kimi ayırd eləməyə çalışırlar. Burda da özlərinin əslində iqtisadi savadlarının olmamasını bir daha ortaya qoymuş olurlar”.
Daimi Nümayəndəliyinin rəhbəri xatırladıb ki, Naxçıvan MR uzun illərdir blokada şəraitində yaşayır:
"Biz hər ay statistik məlumatları ictimaiyyətə təqdim etmişik. Naxçıvanda ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi sahəsində ağlasığmaz böyük işlər görülüb və bu barədə dəfələrlə yüksək fikirlər ifadə olunub. Bu insanlar bir şeyi bilməlidirlər ki, Naxçıvan bundan sonra da öz iqtisadi gücünü əldə rəhbər tutaraq inkişaf edəcək və hər zaman olduğu kimi özünün inkişafı ilə hər bir insanı təəccübləndirəcək. Sifarişli yazı müəlliflərinin sifarişləri haradan aldıqlarını gözəl bilirik. Onlar bu yazlılarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, Azərbaycan cəmiyyətində kimin kim olduğunu hər kəs yaxşı bilir.
Biz əminik ki, Naxçıvanın blokadada qalmağı, Ermənistanla həmsərhəd olması vətənsevər soydaşlarımız və yurddaşlarımız tərəfindən diqqətdən kənar qalamayacaq. Bizim gücünü böyük Heydər Əliyev ideyalarından alan Azərbaycan adlı lokomotivimizin geriyə yolu yoxdur. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən inkişaf edir. Vasif Talıbovun uğurlu idarəçiliyi altında Naxçıvan da Azərbaycanın tərkibində Muxtar Respublika kimi bundan sonra da daim inkişaf edəcək”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi