Salyanda 2 mindən çox ev su altında qalıb

img

04-05-2010 [04:29]


Salyanda 2 mindən çox evin həyəti qrunt suları ilə dolub. Bu barədə Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov məlumat verib. Komissiya sədrinin bildirdiyinə görə, dünəndən bu günə çayın səviyyəsi 8 santimetr qalxıb. Hal hazırda 50-dən çox yük maşını, 12-dən çox müxtəlif növ yükləyici və ekskavator, Fövqəladə Hallar Nazirliyinin, ?Meliorasiya və Su Təsərrüfati? ASC-nin texnikası və canlı qüvvələri, bütün idarə və təşkilatların nümayəndələri bəndatma işlərinə cəlb olunublar. 10 mindən çox torpaqla doldurulmuş kisə bəndlərin üzərində olan təhlükəli yerlərə yerləşdirilib. Həyətlərində münasib şəraitləri olmayan 40-dan çox ailə evlərindən köçürülüb. Komissiya sədri onu da bildirdi ki, bəndlərin yarılma təhlükəsi olmasa da, Kürün səviyyəsi durmadan artarsa, vəziyyət nəzarətdən çıxa bilər və bəndlər yarıla bilər. Rayonun Babacanlı kəndində də böhran vəziyyət yaşanır. Saat 11.15 radələrindən başlayaraq rayon ərazisində yağış yağmağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA