Bu məmurlar cinayət məsuliyyəti daşıyacaq - Dövlət vəsaitini taladıqlarına görə

img

04-10-2016 [15:01]


Azərbaycanda məqsədli büdcə fondları və büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi cinayət məsuliyyəti yaradacaq.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Büdcə sistemi haqqında”qanuna əlavələr edilir.

Qanunun 5.3-cü maddəsinə edilən əlavəyə görə, məqsədli büdcə fondlarının vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Qanuna daha bir əlavə kimi təklif edilən maddə 27.6-a görə isə "Büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA