Zakir Qaralov Bəxtiyar Vahabzadənin oğluna yeni vəzifə verəcək? - İki prokurorun səlahiyyəti bitib

img

04-10-2016 [12:49]


Azərbaycanda iki rayon prokurorunun səlahiyyət müddəti başa çatıb.

APA-nın məlumatına görə, Qobustan rayon prokuroru Azər Vahabzadə və Xızı rayon prokuroru İlham Məmmədovun səlahiyyət müddətləri sona yetib.

Onlar hazırda həmin vəzifələri müvəqqəti icra edirlər. Adıçəkilən şəxslərin Qobustan və Xızı rayon prokuroru vəzifələrini icra etmələri ilə bağlı Baş Prokurorluğun saytında da məlumat yerləşdirilib.

Yaxın vaxtlarda hər iki şəxsin yeni təyinatı ilə bağlı baş prokuror Zakir Qaralov tərəfindən əmr imzalanacağı gözlənilir. 

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. O, 2011-ci ildə Qobustan rayon prokuroru təyin olunsa da, uzun müddət işə çıxmayıb. Mətbuatda A. Vahabzadənin həmin təyinata etiraz olaraq işə çıxmadığı qeyd olunsa da, Baş Prokurorluğun yaydığı məlumatda onun səhhəti ilə əlaqədar bir müddət vəzifəsini icra etmədiyi bildirilmişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA