03-10-2016 [20:27]
"Cahangir Hacıyevin həyat yoldaşını Daxili İşlər Nazirliyinin polkovniki Hacı Məmmədovun dəstəsi oğurlamışdı. MTN-nin "Qara kəmər” əməliyyatı nəticəsində o, azad edildi. O vaxtdan Cahangir Hacıyevlə Daxili İşlər Nazirliyi arasında problemlər yaranmışdı. Ona görə də biz bu işin istintaqının DİN-in tabeliyində olan BMCMİ-də aparılmasının əleyhinə idik”.
Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev oktyabrın 3-də məhkəmədə müdafiə çıxışında deyib.
O bildirib ki, C.Hacıyev və digər 7 təqsirləndirilənə qarşı ittihamlar əsassızdır: "Bu, mülki xarakterli məsələdir və mülki icraatda da baxılmalıdı. İstintaq da, məhkəmə də qərəzli aparılıb”.
C.Hacıyevin istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını deyən müdafiəçinin sözlərinə görə, o, 38 gün "bandotdel”də saxlanılıb. Vəkil Fəxrəddin Mehdiyev qeyd edib ki, C. Hacıyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarla bağlı şikayəti artıq Avropa Məhkəməsi icraata götürüb.
"İstintaq dövründə, sonradan məhkəmədə də qeyri-adi dərəcədə qanunsuzluqlarla üzləşdik. And içmək üçün bircə vəsatətimiz də təmin olunmadı. Prokuror Cahangir Hacıyevə fantastik cəza təklif elədi. Ayrılmış kreditin hara getdiyi araşdırılmadı. Burada mütəşəkkil dəstədən söhbət gedə bilməz. Əgər bunlar mütəşəkkil dəstədilərsə, bəs Emil Mustafayev, Akif Əliyev hardadı? Kredit müqavilələrinə onlar qol çəkiblər. Kredit ayrılan daxili layihələrə Dünyamin Xəlilov, xarici layihələrə Xəqani Bəşirov rəhbərlik edib. Nə qədər tələb etsək də, onları çağırıb dindirmədilər. İstintaqda deyirlər ki, Xəqani Bəşirov Fransa vətəndaşıdı, onu necə gətirək?”,– Fəxrəddin Mehdiyev bildirib.
Vəkil əlavə edib ki, C.Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bank gəlirlə işləyib. Ən son 2014-cü ildə 25 milyon dollar təmiz gəliri olub. 2015-ci ildə o, vəzifədən azad ediləndən sonra bank 600 milyon ziyanla ili başa vurub:"Üstəlik, büdcədən 3 milyard da vəsait ayrılıb. Bütün bunlardan sonra baxın, görün ki, ziyan vuran kimdi”.
"XƏQANİ BƏŞİROVU GƏTİRƏ BİLMİRLƏR?”
C.Hacıyevin digər vəkili Aqil Layıcov çıxışında qeyd edib ki, Zamirə Hacıyevanı saxlayıb gətirmək üçün Britaniyaya istintaq qrupu gedib, amma gətirə bilməyiblər: "Necə olur, qrup yaradıb Zamirə Hacıyevanın arxasınca gedirlər, amma Xəqani Bəşirovun arxasınca getmirlər?”
C.Hacıyevin vəkilləri çıxışlarının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.Digər təqsirləndirilənlərin vəkilləri də bəraət istəyib.
Məhkəmə davam edir.
Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi