Zərərli vərdişlərə yox de! - VİDEO

img

03-10-2016 [15:27]


"Azərbaycan Qaçqın və Məcburi Köçkünlərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət təşkilatlarına dəstək şurasının maliyyə dəstəyi ilə "Məcburi köçkün gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün tədbirlər” layihəsi çərçivəsində gəncləri zərərli vərdişlərdən çəkindirmək, bu məsələlərə cəmiyyətin diqqətini daha da yönəltmək məqsədi ilə "Zərərli vərdişlərə yox de!” adlı sosial çarx hazırlamışdır.

Mia.az-a verilən məlumata görə, sosial çarx nikotinin, alkaqolun və narkotik vasitələrinin bir gəncin həyatına necə təsir etməsindən bəhz edir.

Qeyd edək ki, layihə çərçivəsində məcburi köçkün və qaçqın gənclər arasında zərərli vərdişlərlə mübarizədə sağlam və təhlükəsiz davranışın təbliği məqsədi ilə Bakı şəhərində TOT təlim, Biləsuvar və Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün gənclər üçün isə ayrıca təlimlər keçiriləcəkdir.

Sosial çarxı izləmək üçün aşağıdakı linkə keçid edin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA