03-10-2016 [11:16]
Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.
Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.
Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir. İki il müddətində qüvvədədir.
Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
İqtisadçı-ekspert Vahid Məhərrəmov deyir ki, bununla da ölkəyə yeni bahalaşma gələcək:
– Təəssüf ki, ölkədə istehsal azalır. Bu da bahalaşmaya gətirən bir başqa amildir. İstehsalın azalması, öz növbəsində, idxal məhsullarının artmasını şərtləndirir. İndi idxal məhsullarına tətbiq olunacaq bu rüsumlar qiyməti bahalaşdıracaq. Biz özümüzün ətə, yumurtaya tələbatımızı tam ödəyə bilmirik. Ətə tələbatın yalnız 38 faizini daxili istehsal hesabına ödəyirik. Adambaşına 84 kiloqram norma olduğu halda, yalnız 34-35 kiloqram təmin edə bilirik. Digər ölkələrdə adambaşına 25 -30 kiloqram quş əti istehsal və istehlak olunur. Azərbaycanda bu göstərici 9-10 kiloqram arasındadır. Bizdə yumurta istehlakı da aşağı səviyyədədir, normanın təxminən 50 faizini istehlak edirik. Ölkədə bu məhsulların qiymətinin yüksək olması həm də onunla bağlıdır ki, tələbat qədər təklif yoxdur. Bu halda məhsul qıtlığı olanda, qiymət yüksəlir. İndiki halda yeni rüsumların tətbiqi ölkəyə idxal olunan məhsulun qiymətini artıracaq. Yetərincə məhsul istehsal olunmadığından daha bahasını əldə edəcəyik. Bu, düzgün siyasət deyil. Hökumət rəqabət mühiti yaradıb daxili istehsalı stimullaşdırsın, kreditlər, subsidiyalar versin. Düşünürəm ki, bu addım daxildə bu işlə məşğul olan oliqarxlara daha geniş imkan yaradacaq. Çünki bu gün quş əti, yumurta istehsalı müəyyən adamların əlindədir. Bu da onlara az istehsal edib, daha çox qazanmaq imkanı verəcək.
– Onda bir aydan sonra qiymətlərin yenidən bahalaşması ilə qarşılaşacağıq?
– Artıq bahalıq baş verir. Kənd təsərrüfatı məhsullarını, ərzağın bahalaşmasını, az qala, hər həftə müşahidə edirik. Bu məhsulların istehsalı baha başa gəlir. Özəlliklə, quş əti və yumurtanın istehsal vasitələri, avadanlıqlar, yem, genetik məhsullar xaricdən gətirilir. İki il müddət qoyublar. Ancaq iki il ərzində bu sahədə irəliləyiş əldə olunacağını düşünmürəm. Onsuz da əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Onu da nəzərə almaq lazımdır ki, indi yumurta istehsalı mövsümü deyil. Yumurta istehsalı mayda artır. İndi isə azalmağa doğru gedir. Hökumət yəqin deyəcək ki, bu yolla daxili istehsalı artırmaq istəyirlər. Ancaq bu yolla bu mümkün deyil. Əgər ölkədə əsaslı şəkildə bu məhsulların istehsalı ilə məşğul olunarsa, nəsə əldə etmək olar. Buna da 2-3 il yox, uzun müddət gərəkdir. Son zamanlar ölkəyə idxal olunan meyvə- tərəvəzin də həcmi atıb. Bu da həmin sahədə problemlərin olmasından xəbər verir.
– Dediniz ki, bahalaşma qaçılmazdır. Onda nə qədər bahalaşma gözlənilir?
– Əgər bir kiloqrama əlavə təxminən 1 dollar xərc çəkiləcəksə, ölkəyə gətirilən quş ətinin qiyməti iki dəfə artacaq. Yumurtanın qiymətində isə 2 dəfə artım olacaq. Digər məhsullarda 20 faizdən 100 faizədək bahalaşma gözlənilir. Bu, çox ciddi məsələdir. İndiyə qədər belə hal olmamışdı. Bilirdik ki, idxalda 15 faizə qədər standart gömrük idxal rüsumu tətbiq edilirdi. Bundan başqa xərclər olsa da, bütün bunlar hamısı birlikdə daha ucuz məhsul idxalına imkan yaradırdı. İndiki halda isə bu mümkün olmayacaq. Qiymət artacaq. Düşünürəm ki, hökumət bu rüsumların tətbiqiylə büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdür.
Azadliqradiosu.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi