02-10-2016 [17:05]
Bu günlərdə Türkiyə mediasında Azərbaycanda FETÖ fəaliyyətlərinə diqqət yetirən məlumatlar artmaqdadır.
Eyni zamanda bəzi düşmən qüvvələr də bundan öz maraqları üçün istifadə etməyə çalışırlar.
Belə ki, Azərbaycan ilə bağlı kitab yazan İlhami Yanğın çox absurd iddialarla Gülənin 1993-cü ildə Azərbaycanda çevriliş etdiyini yazıb.
"Camaatın ilk çevrilişi” adlı kitabda yer alan iddialara Azərbaycanda illərlə bu şəbəkəni araşdıran araşdırmaçı yazar Aqil Ələsgərin münasibətini öyrənmək istədik.
Qeyd edək ki, A.Ələsgər Azərbaycanda Gülən Şəbəkəsi əleyhinə ilk kitabın ("Terrorun Gülən üzü”), yenə Türkiyədə də ölkəmizdəki bu fəaliyyətlərlə bağlı birinci kitabın ("Sessiz işgal-Azerbaycan`da FETÖ Örgütlenmesi”) müəllifidir.
Aqil Ələsgər deyir ki, kitabı oxumasa da, kitabın tanıtımı ilə bağlı materiallardan xəbərdardır:
"Bilirsiniz, o dönəm ilə bağlı bu günə qədər yazılan heç bir nə Gülən qaynaqlarında, nə də digər qaynaqlarda bu bilgilər yoxdur. Üstəlik, bu o illərdəki hadisələrdə fərqli çalarlar axtarmaq da doğru deyil. O zaman Gülən heç Türkiyədə bugünki qədər güclü deyildi.
O ki qaldı Azərbaycana, məsələn, yazıda "Zaman” qəzetinin Azərbaycanda insanları Elçibəyə qarşı ayağa qaldırdığı yazılır, guya xalqa bu qəzet pulsuz paylanırmış. Bu da doğru deyil? O dönəmin şərtlərini bilməyənlər üçün iddia etmək asandır. Həmin vaxt kim idi "Zaman” oxuyan? Eyni zamanda "Zaman”ın ilk təbliğ etdikləri elə Xalq Cəbhəsinin liderləri idi. Kitabda qeyd olunur ki, rəhmətlik Elçibəy bunlara məktəb qurmağa icazə vermədiyinə görə, devrildi. Yalandır. Gülənin adamları Azərbaycana ilk dəfə 90-cı ildə gəlsələr də, 91-ci ildən təməlini atdıqları məktəblərə rəsmi icazəni 1992-ci ildə aldılar. Qafqaz Universitetinin də rəsmi saytında qeyd olunur ki, "Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamışdır”. Üstəlik, Surət Hüseynovun hara bağlı olduğunu və o zaman Azərbaycanın təhlükəsizliyinin hansı dövlətlər tərəfindən təhdid olunduğunu hamı bilir. Məhz daxildə və xaricdəki təhdidlərin qarşısında başda eks-prezident Əbülfəz bəy olmaqla, o zamankı iqtidar və ziyalılar böyük dövlət təcrübəsinə malik Heydər Əliyevi Naxçıvandan dəvət etdilər ki, ölkəni xilas etsin. Təbii ki, o dönəmdə Azərbaycanın müstəqilliyini qorumasını istəyən istər xaricdəki, istərsə də daxildəki insanlar bu qərarı dəstəkləyirdilər.
Ancaq Gülən kimi bir İzmir mollasının o zaman belə bir çevriliş etməsini iddia etmək gülüncdür. Gülənçilər daim iqtidarlara yaxın olmaq istəyiblər. Zamanında Həsən Həsənova yaxın olmaq istəyirdilər, daha sonra Elçibəyə. Eyni xətti sonra da davam etdirdilər. Lakin onların burada varlığını davam etdirmələri Türkiyə hökumətinin bunları qeyd-şərtsiz dəstəkləmələri ilə bağlı idi. Böyük dövlət adamı Heydər Əliyevin yenidən qayıdışı isə tamamilə xalqın tələbi və onu istəməyənlərin belə bu tələb qarşısında təslim olmasından ibarətdir. Hesab edirəm ki, zamanında Fərman Dəmirqollarla ölkəmizdə qarışıqlıq yarada bilməyənlər indi də bu yolla iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyirlər. Bu gün Heydər Əliyev siyasi kursunun ali davamçısı İlham Əliyev də FETÖ-yə qarşı mübarizəni Türkiyəyə də, başqa dövlətlərə də örnək olacaq şəkildə aparır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi