02-10-2016 [15:49]
2007-ci ilin dekabrından 2014-cü ilin martınadək Prezident Administrasiyasının (PA) Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri işləmiş Elnur Aslanovla bağlı bu gün axşam saatlarında növbəti dəfə müəmmalı xəbər yayılıb.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, PA-dakı vəzifəsini itirəndən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri təyin olunan Elnur Aslanovun bu qurumdan çıxmaq hadqa yazdığı istefa ərizəsinə baxılıb və qəbul edilib.
Bildirilir ki, nazir Ramin Quluzadənin adına yazdığı istefa ərizəsində Elnur Aslanov başqa bir beynəlxalq təşkilatda daha yaxşı şərtlərlə işləmək təklifi aldğını və bu səbəbdən də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən istefa vermək qərarına gəldiyini vurğulayıb.
Qeyd edək ki, xəbərin gecə saatlarında yayılmasına baxmayaraq, Strateq.az əməkdaşı Rabitə Nazirliyinin məsul şəxsləri ilə əlaqə saxlayıb.
Nazirlikdən suala konkret cavab verilməsə də, bildirilib ki, E. Aslanov avqust ayının ortalarından məzuniyyətə çıxsa da, hələ də işinə dönməyib. Onun vəzifəsindən çıxarılıb-çıxarılmamasının nazirin səlahiyyətində olduğu və nazirin də hazırda əhali ilə görüş üçün bölgələrdə səfərdə olduğu vurğulanıb.
Xatırladaq ki, avqustun 23-də ölkə mediası axar.az saytına istinadla E.Aslanovun məzuniyyətə çıxdığı və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacağı, hətta ölkəni tərk etdiyi xəbərini yaymışdı. Bu xəbərə reaksiya olaraqsa, Elnur Aslanov virtualaz.org saytına açıqlamasında xaricə köçməsi haqda məlumatları təkzib etmiş, Bakıda və məzuniyyətdə olduğunu təsdiqləmişdi.
Bu günlərdə – sentyabrın 14-də isə azpolitika.info saytının əməkdaşı E.Aslanovu Xətai metrostansiyasının yaxınlığında "Range Rover” markalı 90-EA-090 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında müşahidə etmiş və fotosunu çəkmişdi…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi