02-10-2016 [13:52]
Bakı «küləklər şəhəri» kimi tanınır. Amma son illərdə Bakı həm də «çaylar», «göllər» şəhəri kimi də tanınmağa başlayıb.
Bəhs etdiyimiz «göllər» və «çaylar» hər dəfə yağış yağandan sonra yaranır, sonra növbəti yağışa qədər yoxa çıxır. Söhbət hər kəsin anladığı kimi, kanalizasiya sistemlərinin bərbad olması nəticəsində yaranan su gölməçələrindən gedir.
Bakıda tıxacların yaranması, küçələrin, bəzi evlərin su altında qalması üçün sadəcə 1 saat yağışın yağması kifayət edir. Belə yağışlardan biri 2 gün öncə yağdı və nəticədə Bakıda həyat iflic oldu.
Belə hallarda Bakının ən çox diqqəti çəkən iki rayonu olur - Sabunçu və Binəqədi... Bu iki rayonda nədənsə, illərdir ki, yaranan eyni problem heç cür həll edilmir.
Hər iki rayona dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılıb. Nəticədə isə dəyişən bir şey yoxdur. Bir az yağış yağan kimi evlərin zirzəmiləri su ilə dolur. Küçələr keçilməz hala düşür.
Sabunçuda artıq el arasında, «Sabunçu gölü» adı almış yer var. Bu göl hər yağışdan sonra yaranır. Bütün avtomobillər su altında qalır, sakinlər o yolu keçə bilmir. Eyni hal illərdir ki, davam etsə də, dəyişən bir şey yoxdur. Əgər bir hadisə hər il təkrar baş verirsə və heç bir tədbir görülmürsə, deməli, insanların çəkdiyi əziyyət, təmiz və rahat kreslosunda əyləşən bəzi şəxslərin heç vecinə də deyil.
Yazının əvvəlində bəhs etdiyimiz kimi, belə vəziyyətdə olan ikinci rayon Binəqədidir. Bu rayondakı problemlərlə bağlı dəfələrlə musavat.com saytında yazılar dərc etmişik.
Binəqədidə yağış sularından əziyyət çəkən minlərlə vətəndaşımız arasında məşhur jurnalistlər, ictimai xadimlər də var. Onlar da sakin olaraq hər dəfə yaranmış vəziyyətə etiraz etsələr də, bərbad vəziyyəti fotolarla, videolarla sübut edib, yazı yazsalar da, faydası olmayıb.
Binəqədi rayon İcra Hakimiyyəti uzun zamandır ki, "Təmiz Binəqədi” layihəsinə start verib. Layihə əsasında görülməli işlər siyahısında "Rayonun bütün ərazisində su, qaz, elektrik, kanalizasiya, rabitə və s. xətlərin çəkilişi” nəzərdə tutulsa da, yağışdan sonra küçələr keçilməz olur. Beləcə "Təmiz Binəqədi" layihəsini yağışın suları yuyub, aparır.
"Vertu Signature Pure Black” markalı, qiyməti 15 min avro olan telefon işlədən icra başçısının gərək rayonunda heç bir problem olmasın. Olmasa ağıllara bu telefonun hansı pulla alınması sualı gələcək, elə deyilmi?!
Bir neçə gün öncə yağan yağışın fəsadları ilə bağlı yetərincə məlumat dərc edilib.
İndi isə sizə FHN-nin rəsmi məlumatını təqdim edirik:
"Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb. Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırıb.
Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparıb”.
Hadisənin üzərindən 4 gün keçib. İcra hakimiyyətləri nə tədbir görüblər? Məsələn, Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytında yağışın fəsadları ilə bağlı bir cümlə də yazılmayıb. Sanki bu yağışlar Binəqədiyə yox, Afrikaya yağıb. Afrikanın küçələrini su basıb, camaat su içində qalıb. BRİH-nin rəsmi saytında həmin tarixlərdə ancaq YAP-ın təşkil etdiyi tədbirlər haqqında xəbərlər yazılıb.
Sabunçu İcra Hakimiyyətində də vəziyyət eynidir. Lakin SRİH-nin rəsmi saytında olan "infrastruktur" bölməsində, "Gələcəkdə görüləcək infrastruktur layihələri" başlığının altında belə bir cümlə var: "Rayonun bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması üzrə geniş miqyaslı işlər davam etdirilir".
Nədənsə bu geniş miqyaslı işləri Sabunçu sakinləri hiss etmirlər. Bu "gələcək" nə zaman gələcək?
Sanki hər iki icra başçısı gözlərini yumub, qulaqlarını bağlayıb. Heç bir problemi görmürlər, narazılığı eşitmirlər. Yəqin ki, bu, qısamüddətli olar. Aidiyyəti üzrə "həkimlər" icra başçılarının gözlərini açar və qulaqlarının eşitməsini təmin edərlər.
Musavat.com


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi