Azərbaycanda bələdiyyə sədri qəza törədib, idarə rəisi ölüb

img

01-10-2016 [12:52]


Qazax şəhər Bələdiyyəsinə məxsus "Mercedes” markalı avtomaşının qəzaya düşməsi nəticəsində onlardan biri ölüb digəri isə yaralanıb.

Qazax rayon Polis Şöbəsindən "Report”un Qərb bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çaylı kəndi ərazisində baş verib.

Qazax şəhər Bələdiyyəsinin sədri Oqtay Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarına aşaraq yanıb.

Nəticədə sürcü O.Hüseynov yaralanıb, avtomaşında olan sərnişin - Qazax rayon Mənzil Kominal Təsərrufat İdarəsininin rəisi Elşad Axundov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş verən avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA