Daha bir xidmətə görə dövlət rüsumu alınacaq - Qanun qəbul olundu

img

30-09-2016 [16:18]


Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycanda akvakultura (su hövzəsində heyvanların artırılması, onlara nəzarət və qulluq edilməsi) subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu alınacaq. Belə ki, qanuna əlavə edilən 18.69-cu maddəyə əsasən akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat məbləğində dövlət rüsumu alınacaq.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi "Balıqçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2014-cü il 27 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sonda qanun layihəsi səs qoyularaq qəbul edilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA