Sumqayıt gəncləri QHT idarəçiliyi və liderliyi öyrəndilər

img

04-05-2010 [12:10]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə Gənc İstedadlara Dəstək Fondu ?Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması? adlı layihəsi çərçivəsində 24-25 aprel 2010-cu il tarixlərində ?QHT idarəçiliyi və liderlik? mövzusunda treyninq-seminar təşkil edib. İki gün ərzidə SOS Uşaq Kəndləri Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi, təlimçi Günel Səfərova tərəfindən QHT-lərin yaranma səbəbləri, ictimai təşkilatların strukturu, QHT-lərdə ictimai əlaqələrin qurulması, donor axtarışı və digər mövzular interaktiv təlim metodu iləşəhərdə fəaliyyət göstərən ayrı-ayrı gənclər təşkilatlarını təmsil edən 20 nəfərə çatdırılıb. Təlim çərçivəsində gənclər gələcək fəaliyyətləri üçün yeni ideyaları müzakirə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA