30-09-2016 [13:11]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İ. Qasımov özünü təqsirli bilmədiyini, buna görə də ifadə vermək istəmədiyini deyib.
İclasda zərərçəkmiş şəxs qismində Mehriban Hüseynova ifadə verib. O bildirib ki, qiyməti 72 min manat olan evi almaq üçün İ. Qasımova 53 min manat ödəyib. Lakin sonradan "Real" MTK-nın vəziyyətinin yaxşı olmadığını görüb, evi satmaq qərarına gəlib və İ.Qasımova bu barədə məlumat verib. İ. Qasımov isə evi başqasına satıb, amma onun pulunu verməyib. M. Hüseynova ona dəymiş ziyanın ödənildiyini, hər hansı şikayətinin olmadığını bildirib.
Digər zərərçəkmiş Sahib Muradov da ev almaq üçün 76 min manat pul verdiyini, sonradan evin İ. Qasımov tərəfindən satıldığını, pulu isə ala bilmədiyini deyib. O, dəymiş ziyanın ödənilməsini də istəyib.
Proses oktyabrın 7-də davam edəcək.
Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
Bu iş üzrə müğənni Manaf Ağayev də şahid kimi dindiriləcək.
İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir(APA).
Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. İfaçı məsələyə bu cür aydınlıq gətirib:
"Mən dostum İlham Qasımovun işinə görə məhkəməyə dəvət olunmuşam. Bir çoxlarına bəllidir ki, bu məhkəmə Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsidir. Yəni Akif Covdarovla bağlı deyil. Niyə mənim adımı mediada Akif Covdarovla birgə çəkdiklərini isə heç anlaya bilmirəm.
Məni İlham Qasımova görə üç dəfə məhkəməyə dəvət ediblər, amma dindirilməmişəm. Axırıncı dəfə məhkəməyə getdik, söylədilər ki, oktyabrın 7-nə qaldı. Həmin gün yenidən gedəcəyəm. Mediadan çox xahiş edirəm ki, xəbəri yazmadan əvvəl mənimlə əlaqə saxlasınlar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi