"Qarabağda narkotik məhsullar əkilir" - Baş nazirin müavini

img

30-09-2016 [11:46]


"25 il keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi həll olunmur”.

Mia.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V Bakı Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri icrasız qalır, Minsk qrupunun fəaliyyəti nəticə vermir: "Mütəmadi olaraq mülki əhaliyə atəş açılır. Suriyadan ermənilər gətirilərək Dağlıq Qarabağa yerləşdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik məhsullar əkilir. Silah qaçaqmalçılığı baş verir, terrorçular hazırlanaraq münaqişə zonalarına göndərilir. Bu, tək Azərbaycan və regionun deyil, dünyanın problemidir”.

Ə. Həsənov əlavə edib ki, İşğal altında olan Dağlıq Qarabağda bütün yaşayış infrastrukturları, abidələr dağıdılıb: "Ölkəyə ümumilikdə 500 milyard dollar ziyan vurulub”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA