29-09-2016 [19:34]
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski "Moskva-Baku” portalına müsahibə verib.
Mia.az APA-ya istinadən həmin üsahibəni təqdim edir:
- Azərbaycanda Konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən referendumun yekununu necə qiymətləndirirsiniz?
- Referendum vətəndaşların azad iradəsini göstərməsinin ali formasıdır. Çox yaxşıdır ki, Azərbaycan ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı məsələnin həlli üçün belə demokratik formaya müraciət edib. Bu, o deməkdir ki, dövlət xalqın rəyi ilə hesablaşır. Konstitusiyaya dəyişiklik edilməsi bütün dünyada təcrübə olunur və ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Əminik ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda siyasi həyatı yaxşılaşdıracaq, etibarlı və təhlükəsiz edəcək.
Prezident səlahiyyətlərinin 5 ildən 7 ilə qaldırılması təklifini faydalı hesab edirəm. Bu, müddət müxtəlif Avropa ölkələrində təcrübədən keçirilib, xüsusilə də Fransada. Vitse-prezidentlər vəzifəsinin təklif olunmasını da vacib sayıram. Birincisi, vitse-prezident prezidentin yükünün bir hissəsini öz üzərinə götürə bilər. İkincisi, böhranlı vəziyyətdə vitse-prezident prezidenti əvəz edə bilər - əgər dövlət başçısı hansısa səbəbdən öz səlahiyyətlərini icra edə bilməsə.
Fikrimcə, deputatlığa namizədlər üçün yaş həddinin 25-dən 18-ə endirilməsi də, eləcə də prezidentliyə namizədlər üçün yaş həddinin ləğv edilməsi də düzgün qərardır. Çünki bu gün gənclər çox inkişaf edib. Rusiya Liberal Demokrat Partiyası da Rusiyada vətəndaşların səsvermə hüququnun 16 yaşa endirilməsinin tərəfdarıdır. Bu gün gənc nəsil ölkədə və dünyada baş verən bütün prosesləri gözəl anlayır. Gənc nəslə vətəndaşlıq borcunu yerinə yetirməyə və ölkənin taleyini müəyyən etməyə imkan verilməlidir.
Azərbaycan prezidentinin ölkə Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı təkliflərini düzgün və rasional hesab edirəm. Referendumun da nəticəsinin göstərdiyi kimi, Azərbaycan vətəndaşlarının əksəriyyəti bu dəyişiklikləri dəstəklədi. Bu, ölkədə aparılan siyasətə inamın olduğunu göstərir.
Mənə İlham Əliyevlə dəfələrlə görüşmək qismət olub. O, zamanla ayaqlaşan, mövcud çağırışları anlayan prezidentdir. Əminəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın rifahına xidmət edəcək, respublikada hər zaman sabitlik qorunub saxlanılacaq, hakimiyyət demokratik prinsiplərdən yana olacaq və ölkə çiçəklənəcək.
- Konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərə Venesiya Komissiyasının mənfi rəyi barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, Konstitusiyaya bu cür dəyişikliklər artıq dünyanın müxtəlif ölkələrində tətbiq olunub. Venesiya Komissiyası tərəfindən Azərbaycana olan etiraz aydın deyil. Bu komissiya bütün ölkələrdə zəif hakimiyyətlərin olmasını istəyən Avropa Birliyi, NATO və yekunda ABŞ-ın məqsədlərini həyata keçirməyə çalışır.
Onlar istəyir ki, ölkələrdə rəngli inqilablar təşkil etmək mümkün olsun, hakimiyyətə radikal qüvvələr gəlsin. Belə cəhdləri biz, Yaxın Şərqdə və Orta Asiyada müşahidə etmişik. Belə komissiyaların tövsiyələri onların nəzarəti altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri kimi, nadir hallarda dünya ölkələrinə rifah gətirir.
Ona görə də, əminliklə demək olar ki, Azərbaycan və onun lideri hər şeyi düzgün edir. Referendumda Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın sabitliyinə, ölkədə sakit həyatın olmasına, Suriya, İraq və Ukrayna ssenarilərinin həyata keçirilə bilməməsinə istiqamətlənib. Belə ssenarilərin həyata keçirilməsi, gördüyümüz kimi, çoxsaylı itkilərə, iqtisadiyyatın çökməsinə, dövlətin zəifləməsinə gətirib çıxarır. Azərbaycanda belə olmayacaq.
O ki qaldı kiminsə nəyisə bəyənməməsinə, hər zaman belə olur. Nə zaman ki, hakimiyyət öz ölkəsinin möhkəmlənməsinə səy göstərir, bu, bəyənilmir. Ona görə də, belə rəylərə fikir verməyə dəyməz.
- Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Rusiya və Azərbaycan qonşudur. İki ölkə arasında münasibətlər tədricən inkişaf edir. Bu münasibətlər qarşılıqlı faydalıdır və bizim aramızda heç bir anlaşılmazlıq yoxdur. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında turizmi inkişaf etdirmək olar. Azərbaycan rusiyalı turistləri ölkəsinə cəlb etməlidir, onlar üçün turizm marşrutları açmalıdır, xüsusilə də ölkənin cənub rayonlarını, Lənkəran, Astaranı, harada ki, sitrus meyvələri, feyxoa yetişir, bu şəhərləri vacib turizm obyektlərinə çevrilməlidir.
Eləcə də, hesab edirəm ki, azərbaycanlı turistlər də öz növbəsində Rusiyaya gəlməlidirlər. Alimlərimizin, idmançılarımızın və tələbələrimizin qarşılıqlı fəaliyyətinə icazə verən Azərbaycan-Rusiya tədbirlərinin sayını artırmaq lazımdır.
Bu gün Azərbaycanda rus dili üçün münbit şərait qorunub saxlanılıb. Ölkədə çoxlu sayda ruslar yaşayır. İki ölkə nümayəndələrinin, sadə insanların qarşılıqlı müntəzəm səfərləri ancaq münasibətlərimizi yaxşılaşdırar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi