Prezident İsrail səfirliyinə getdi – FOTO

img

29-09-2016 [16:31]


Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrailin Azərbaycandakı səfirliyində olub.

İsrailin Azərbaycandakı səfirliyindən bildirilib ki, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb(Report).

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA