Daxili izlər naziri Ramil Usubov iranlı həmkarını qəbul edib

img

03-05-2010 [06:46]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, R. Usubov iki ölkə xalqları arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb, Azərbaycan və İran arasında baş verən inteqrasiya proseslərinin nəticələrinin bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verməkdə olduğunu deyib. Nazir deyib ki, belə bir şəraitdə hüquq-mühafizə orqanlarının, xüsusilə də ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının öhdəsinə böyük məsuliyyət düşür. R. Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün pozitiv imkanlar yaratdığını qeyd edərək ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında getdikcə möhkəmlənən əməkdaşlıq əlaqələrinin və inteqrasiya proseslərinin bundan sonra daha da genişlənməsinə xidmət edəcək. Nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığı tənzimləyən müqavilələrin də mühüm əhəmiyyət kəsb etdiyini və bu sənədlərin gələcək əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaratdığını xatırladıb. R. Usubov iki ölkənin Daxili İşlər nazirlikləri səviyyəsində əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu vurğulayıb. Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Mustafa Məhəmməd Nəccar qeyd edib ki, belə səfərlər, görüşlər və imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib, görüş protokolu imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA