29-09-2016 [12:02]
Dünən 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Hökümə Babayevanın sədrliyi ilə Bakıda yüksəkmərtəbəli binaların tikintisiylə məşğul olan məşhur şirkətlərdən biri - "Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətin özünü müflis elan etməsilə bağlı iddia ərizəsinə baxılıb.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, həmin məhkəmə prosesində iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, "Yeni Həyat”ın iddiasına səbəb kimi vətəndaş Mahmudov Abuzər Məhəmməd oğluna onlar tərəfindən verilməli olan 420 min ABŞ dollarını ödəmək qabiliyyətində olmadığı göstərilir.
Proses iddiaçı tərəfin məhkəmədə iştirak etmədiyi səbəbindən sentyabrın 30-na kimi təxirə salındı.
Azinforum.az-ın əməkdaşı prosedə qarşı tərəf kimi iştirak edən Abuzər Mahmudovun vəkili Şahmar Məmmədovla məsələnin tam mahiyyəti barədə söhbət edib. Vəkil bildirib ki, onlar "Yeni Həyat”ın özünü müflis etməsilə bağlı məhkəməyə verdiyi iddia ilə razılaşmırlar:
"Hesab edirik ki, bu, sözügedən şirkətin məsuliyyətdən yayınmaq üçün ortaya atdığı bir taktikadır. Bilirsiniz ki, barəsində danışdığımız MMC Bakının ən prestij yerlərində binalar tikib. Mənim hüquqlarımı müdafiə etdiyim Abuzər Mahmudovun Nəsimi rayonu, Zorqe küçəsi 6 ünvanında xüsüsi mülkiyyət əsasında müəyyən edilmiş mənzili olub.
Həmin ərazidə "Yeni Həyat” bina tikmək istədiyi üçün, ətrafda yaşayan sakinlərdən evləri razılıq əsasında alıblar. Notarial qaydada şirkətlə hüquqlarını müdafiə etdiyim şəxs arasında da, razılaşma təsdiq olunub. 12 mart 2005-ci ildə təsdiqlənən razılaşmanın şərtlərinə görə, "Yeni Həyat”ın hər iki təsisçisi Abuzər Mahmudova tikiləcək binada sahəsi 150 kvadrat metr olan mənzil veriləcəyini imzaları ilə təsdiq ediblər.
Üzərlərinə düşən öhdəliyi yerinə yetirmədikləri üçün, tərəflər arasında məhkəmə çəkişməsi olub. Bütün məhkəmə instansiyaları Abuzər Mahmudovu haqlı sayıb və onun xeyrinə qərar çıxarıb. Ali Məhkəmənin 06 avqust 2008-ci il tarixli qərarında "Yeni Həyat”ın üzərinə Abuzər Mahmudova mənzilin dəyəri kimi 350 min ABŞ dollar və əlavə olaraq 70 min faizin ödənilməsinə dair hüquqi məsuliyyət qoyub. Tam qüvvəyə minmiş məhkəmə qərarına görə, "Yeni Həyat” Abuzər Mahmudova 420 min dollar ödəməlidir.
Ən son məhkəmə qərarının üzərindən 9 ilə yaxın vaxt keçməsinə baxmayaraq, "Yeni Həyat” həmin pulu ödəməkdən yayınır. İndi də bura iddia ilə müraciət ediblər ki, güya müflis olublar. Məsələnin qısa mahiyyəti bundan ibarətdir”.
Azinforum.az "Yeni Həyat”ın uzun müddətdir evini əlindən alaraq, hətta məhkəmə qərarlarına məhəl qoymadan pulunu ödəmədiyi Abuzər Mahmudovla əlaqə saxlayıb. Vətəndaş bizə dedi ki, bütün bu oyunları onun başına açan "Yeni Həyat”ın təsisçisi və rəhbəri Babək Babayevdir:
” Qısası vəziyyət bundan ibarətdir ki, Babək Babayev heç bir qanunları tanımadığını nümayiş etdirir. Mən bütün instansiyalara şikayət etmişəm. Təəssüf ki, haqqı-ədaləti təmin edə bilmirəm. Bu adamlar yaşadığım mənzildən məni çıxarıblar ki, yeni tikdirəcəkləri binada mənə ev verəcəklər. Qeyd edim ki, onlarla mənim aramda olan razılaşma şifai qaydada olmayıb. Notarial qaydada dediklərimin təsdiqi var. Məhkəmə də məsələni obyektiv araşdırıb qərar verib ki, həmin MMC mənə 430 min ABŞ dolları ödəməlidir.
Təəssüflər olsun ki, Nəsimi rayon Məhkəmə İcra Şöbəsi də uzun illərdi ki, üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilmir və ya yetirmək istəmir. Babək Babayev mənə açıq deyir ki, hara lazımdır pul xərcləyəcəm, ancaq sənə bir manatda verməyəcəm.
Bütün sənədlərə Babək Babayevlə Ramiz Babayev imza atıb. Onların hər ikisi "Yeni Həyat”ın təsisçisidir. Görün vəziyyət nə yerə çatıb ki, Babək Babayev məhkəmə qərarlarına belə məhəl qoymur. Özlərinin də, 5-6 firması var. Lazım gələndə firmanı bağlayıb, adına kiçik bir hərf əlavə edib yeni adla fəaliyyətə başlayırlar.
Bununla da, köhnə qanunsuzluqların üstündən xətt çəkmək istəyirlər. İndi də, mənimlə müqavilənin bağlandığı "Yeni Həyat”ı müflis elan edirlər. Bu adamlar necə bankrot olub ki, hazırda televiziyyalarda onların ev satmaqla bağlı elanları gedir.
Bu adamlar bütün hissləri itiriblər. Hətta halallığın nə olduğunu anlamaq istəmirlər. Mən sizin vasitənizlə bütün medianı bu işi diqqətdə saxlamağa çağırıram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi