29-09-2016 [11:44]
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov sentyabrın 26-da keçirimiş referendumla bağlı Mia.az-ın suallarını cavablandırıb.
- Rufiz müəllim, siz referendum prosesində aktiv iştirak etmisiniz. Referendum üzrə "Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi olmuşunuz. Sizcə, ümumxalq səsverməsinə hazırlıq prosesi necə keçdi?
- Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxından iştirak etmişik. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi.
Səsvermə günü yüksək seçici fəallığı oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll” keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf keçirildiyini sözyləmək olar.
Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir. Biz seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik olunacaq detalları onların diqqətinə çatdıra bildik.
Düşünürəm ki, referendum seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail ola bildik. Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi.
- Referendumdan sonra ölkədə ciddi islahatların aparılacağı qeyd olunur. Sizcə bu islahatlar nədən ibarət olacaq?
- Bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun məlumatlar veriblər. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi.
Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb.
- Referenduma müxtəlif reaksiyalar oldu. Həm ölkə daxilində, həm də xaricdə ümumxalq səsverməsinə fərqli münasibətlər sərgiləndi. Sizcə, bu mövqelər nə dərəcədə ədalətli idi?
- Referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənmişdi. Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər. ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib.
Yuxarlda qeyd etdiyim ki, xarici müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər. Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü ki, mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb.
Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur.
Mən, 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi