Azərbaycanda yeni qurum yaradıldı - Hökumət qərarı

img

29-09-2016 [11:31]


Azərbaycan Respublikasının Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Sənəddə bildirilir: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 9.1-ci bəndi aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 9.2-ci bənd əlavə edilsin:

9.1. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.

9.2.Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA