29-09-2016 [11:30]
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovla bağlı sensasion məlumat yayılıb.
Məlumata görə, 4115 nəfər ödənişli əsaslarla təhsil alan tələbələrinin olmasına baxmayaraq universitetin müəllim heyətinə bu ödənişlərdən qəpik-quruş çatır.
Məlumatda deyilir ki, müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, ödənişli oxuyan tələbələrin keçirdikləri təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir, halbuki, GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir.
Məsələn, "Tarix” ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir və mebel alınması adı altında talan olunur.
Məlumatda daha sonra vurğulanır ki, 32 laboratoriyası olan universitetdə hələ indiyədək bir dənə də olsun ciddi elmi nəticə ortaya qoyulmayıb. Bu laboratoriyaların əksəriyyətinin aylarla qapısı qıfıllı olur. Ancaq universitet rəhbərliyinin tərtib etdiyi sənədlərdə bu laboratoriyalar yapon universitetlərinin laboratoriyalarından da çox analiz və elmi- tədqiqatla məşğul olduğu qeyd olunur.
Respublika Prezidenti İlham Əliyev cənablarının ölkə təhsilinə diqqət və qayğısının nəticəsi olaraq Gəncə Dövlət Universitetinin bütün tədris binaları təmir olunmuşdur.
Universitetin 2-ci tədris korpusunun həyətində isə yüksək keyfiyyətli ot örtüyünə malik mini stadion inşa edilmişdir. Əlbəttə ki, bütün bu texniki yeniliklər dövlətin vəsaiti hesabına ərsəyə gəlib. Ancaq dövlətin gördüyü bu işi universitet rəhbərliyi öz adına çıxır. Rektor Yusif Yusibov keçirilən bütün iclas və tədbirlərdə universitetdə görülən təmir və bərpa işlərinin məhz onun israrlı xahiş və tələbi nəticəsində baş tutduğunu yazır.
Məlumatda qeyd edilir ki, rektor Yusif Yusibovu digər rektorlardan fəqrləndirən əsas cəhətlərdən biri malik olduğu var- dövləti gizlətməyə çalışmamasıdır.
Məhz bu səbəbdəndir ki, rektor olandan bir il sonra 140 min dollara aldığı ağ rəngli "Lexus- 570" markalı maşınla universitetə rahat formada gəlib- gedə bilir. Universitetdə demək olar ki, hamı Yusib Yusifovun brend həvəskarı olduğunu bilir. Tədris ilinin yeni başlamağına baxmayaraq 10 min dollarlıq mobil telefon işlədən rektor haqqında universitet koridorlarında yeni pıçapıç gəzməyə başlayıb. Danışılanlara görə, rektor bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində dəyəri 430 min manat olan kafe-restoran alıb. Yaxın qohumunun adına rəsmiləşdirilən bu kafe-restoranın adı da Yusif Yusibov istəyi ilə dəyişdirilərək qərb rayonlarının birinin adı qoyulub (Restoranın adı məlum olsa da qeyd etmirik- red).
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Gəncə Dövlət Universitetinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Xidmətin rəhbəri Maqbet Əhmədovun sözlərinə görə, universitet rəhbərliyi haqqında deyilən bu sözlərin hamısı iftira və cəfəngiyyatdır.
Maqbet Əhmədov bildirib ki, bəzi insanlar qərəzli olaraq mətbuata real olmayan informasiyalar ötürürlər:
"Bu universitetdə heç bir maxinasiyadan, rüşvətdən söhbət gedə bilməz. Rektor Yusif Yusibov elmə töhvəsini vermiş insanlardandır və daima da universitetin inkişafı uğrunda çalışır. Mən özüm dəfələrlə şahidi olmuşam ki, Yusif müəllim öz halal maaşından fəhlələrə pul verib. Elə vaxt olub ki, universitetə bəzi avadanlıqları cibindəki pulla alıb. Ona görə də xahiş edirəm rektorumuz haqqında deyilən yalan sözlərə fikir verməyin".
Qlobal.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi