28-09-2016 [20:44]
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edir.
İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxta yağan güclü yağışla əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilir.
Bu cür hallarda sürücülərdən təmkinli olmaları və avtomobillərini minimum sürətlə idarə etmələri xahiş olunur.
"Bakının Tbilisi prospekti, Bakı-Sumqayıt şossesi, Babək prospekti, aeroport yolunda havanın yağmurlu keçməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məsələn, aeroport yolunda 120 km/saat olan sürət həddi 100 km/saat müəyyən edilib. Hava şəraitindən asılı olmayaraq, yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdırlar. Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir", – deyə V.Əsədov bildirib.
Onun sözlərinə görə, əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır: "Digər tərəfdən, sürət həddi aşağı salınmalı, ara məsafə daha çox saxlanılmalı, bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır".
Polis polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər.
V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir və hazırda sıxlıq müşahidə edilmir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi