28-09-2016 [16:26]
"Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Sabitlik və təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara qarşı olan təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır".
Bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.
F.Ələsgərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb və iştirakçılara ünvanlanmış məktubu oxuyub. O bildirib ki, bu gün terrorizm, dini ekstremizm və aqressiv separatizm yenə də beynəlxalq təhlükəsizliyə əsas təhdidlər olaraq qalmaqdadır.
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda terrorizmə, dini ekstremizm və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizədə xeyli təcrübə toplanılıb, davamlı olaraq müvafiq qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilir, hüquq tətbiqi sahəsində ciddi nəticələr əldə edilib.
"Bir müddət əvvəl xüsusi xidmət orqanlarımız bəzi təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması məqsədilə bir sıra uğurlu əmliyyatlar keçirib. Hesab edirik ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq əlaqələri xüsusi xidmət orqanları qarşısında dayanan məsələlərin həlli zamanı əhəmiyyətli nəticələrə nail olmaq üçün zəmin yaradır", - deyə F.Ələsgərov vurğulayıb.
"MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurəti yaradır", - deyə F.Ələsgərov bildirib. Onun sözlərinə görə, bu cür qarşılıqlı anlaşmaların yaratdığı bütün imkanlardan tam istifadə etmək vacibdir.
F.Ələsgərov bugünkü görüşün MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi məsələsində səylərin daha çox birləşdiriləcəyinə şərait yaradacağına ümidvar olduğunu bildirib.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi