Rövnəq Abdullayev müavinini ?Azərikimya? istehsalat Birliyinin baz direktoru təyin edib

img

03-05-2010 [04:45]


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Muxtar Babayev ARDNŞ-in ?Azərikimya? İstehsalat Birliyinin baş direktoru təyin edilib. ARDNŞ ğgtbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə ierilən məlumata görə, M.Babayev ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad olunub. Bundan əlavə, ARDNŞ-də ?Azərikimya? İstehsalat Birliyi yaradılmış və onun strukturu təşkil olunub. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin ?Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında? 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən ?Azərikimya? Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. Dövlət Başçısının 2010-cu il aprelin 22-də imzaladığı ?Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə? Fərmanla ARDNŞ tərkibində ?Azərikimya? İstehsalat Birliyinin təsis olunması haqda qərar qəbul edilib. Aprelin 28-də isə ARDNŞ-nin 58 saylı daxili əmrinə əsasən, ?Azərikimya? Istehsalat Birliyinin strukturu müəyyən edilib. Şirkət prezidenti Rövnəq Abdullayevin imzaladığı sənəddə göstərilir ki, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş ?Azərikimya? Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun, Üzvi Sintez Zavodunun, Sumqayıt Mexaniki-Təmir Zavodunun və ?Azərikimya? Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq ?Azərikimya? İstehsalat Birliyinin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi ?Səthi Aktiv Maddələr?, ?Üzvi sintez ?, ?Mexaniki Təmir? zavodları və ?Kimyaelmitədqiqatlayihə? İnstitutu yaradılıb. Əmrə əsasən, ?Sintezkauçuk Zavodu? və ?Etilen-Polietilen Zavodu?nun maddi-texniki bazasında ?Etilen-Polietilen? zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi ?Azərikimya? İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa əmrdə ?Azərikimya? İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA