28-09-2016 [10:07]
Referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır. Prezident İlham Əliyevin yararlı torpaqların zəbt edilməsi nəticəsində istifadəsiz qalması ilə bağlı verdiyi önəmli açıqlamadan sonra bu məsələ ətrafında gedən müzakirələr qızışır.
Rayonlarda "kiçik padşah”ların sahibkarların fəaliyyətinə ciddi maneçiliklər törətmələri zaman-zaman gündəmə gəlib. İqtisadi böhranın getdikcə dərinləşdiyi Azərbaycanda problemi aradan qaldırmağın yollarından biri də kənd təsərrüfatının inkişafıdır ki, buna da mane olan qüvvələr sırasında icra başçıları öndə gedir. Gerçəyi ölkə iqtidarı da bilməmiş deyil.
Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin icra başçıları barəsindəki son açıqlamaları yaxın zamanlarda bir sıra rayon rəhbərlərinin vəzifəsini itirəcəyinin anonsu sayıla bilər. Z.Nağdəliyev bildirib ki, bundan sonra icra başçılarının fəaliyyətinə, bacarığına qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.
PA rəsmisinin açıqlaması icra başçılarına mesaj kimi də qəbul olunmalıdır. Şübhə yox ki, bu açıqlamadan sonra icra başçıları da hökumətin qəzəbinə tuş gəlməmək üçün fəaliyyətlərində dəyişikliklər etməyə, rəhbəri olduqları rayonlara xarici investorların cəlb olunmasına çalışacaqlar. Amma bu dəyişikliyin onların vəzifədə qalmalarına "yaşıl işıq” yandırıb-yandırmayacağını gələcək göstərəcək.
İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, burada icra başçılarından asılı olmayan məsələlər də var:
"Ölkədə mülkiyyət toxunulmazlığı, mülkiyyətə dövlət təminatı yoxdur. Normal məhkəmə sistemi də mövcud deyil. Zülfüqarov qardaşlarının işi və mətbuata çıxarılmayan bu qəbildən olan yüzlərlə iş var. Çoxsaylı iş adamları var ki, obyektlərini əllərindən alıblar, müxtəlif yollarla həbsə atdırıblar. Bu hallar Azərbaycanın investisiya mühiti barədə kifayət qədər mənfi rəylər formalaşdırıb. İndiki halda düşünmürəm ki, icra başçıları yerli və xarici investorları inandırsınlar ki, qoyduqları sərmayəyə heç bir təhlükə olmayacaq, onlar təqibə məruz qalmayacaqlar.
Hökumət ilk növbədə, regional idarəetmə sahəsində işlər görməlidir. Obyektləri əllərindən alınmış şəxslərə həmin obyektlər qaytarılmalı, investisiya mühitinə dövlət təminatı verilməlidir. Bu işləri görmək yerli icra başçılarının imkanları xaricindədir. Bunlar mərkəzi qaydada yuxarıdan islahatlar yolu ilə həyata keçirilməli, regional idarəetmə strukturları yaradılmalıdır. İcra başçılarının səlahiyyətləri müəyyən edilməlidir ki, investorların işlərinə müdaxilə etməsinlər. Bu kimi məsələlər həllini tapmayınca, həmin investorları cəlb etmək mümkün olmayacaq”.
İqtisadçı ekspert Z.Nağdəliyevin açıqlamalarının bəzi icra başçılarının vəzifələri ilə vidalaşacağı anlamına gələ biləcəyini də vurğuladı:
"İcra başçılarına elə tapşırıqlar verilir ki, onları həyata keçirmək çətin olur. Ola bilər ki, icra başçılarının bəziləri dəyişsin. Amma idarəetmə islahatları aparılmasa, işdən çıxarılan icra başçıları heç nəyi dəyişməyəcək.
Maraqlıdır ki, rayon rəhbərlərinin böyük əksəriyyəti iri ranqlı məmurların, oliqarxların yaxınlarıdır. Onlar rayonlarda həmin məmur və oliqarxların biznes maraqlarını qoruyan şəxslərdir. Ona görə də yeni investisiya cəlb edib, öz himayədarlarına problem yaratmaq istəməzlər. Məsələnin bu tərəfini qətiyyən unutmaq olmaz. Bu problemlərin həllinin yeganə yolu köklü, regional idarəetmə islahatlarından keçir. Yalnız bu haldan sonra investorların ölkəyə axınını təmin etmək olar”.
Q.İbrahimli bəzi rayonlara investisiya cəlb olunmasının mümkünsüzlüyü barədə deyilən fikirlərə də münasibət bildirdi:
"Bazarda rəqabət mühiti yaratmaq lazımdır. Bu mühit yaradılırsa, həmin rayonlara hansısa formada investisiya cəlb etmək mümkündür. Təşəbbüslər bazardan, iş adamlarından gəlməlidir, dövlət təsisatlarından gəlməli deyil. Rəqabət mühiti olarsa, hər bir investor yeni layihələrlə çıxış edə bilər, həmin investisiya mühiti də formalaşar. Əgər həmin şərtlər yerinə yetirilməsə, problemi həll etmək mümkün olmayacaq”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi