27-09-2016 [11:36]
Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Sevilən müğənni bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb:
"Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. O uşaqlığımla nələr oxuyurdumsa, atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idi, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdl. Sadəcə olaraq narazılıq var idi. Mənim böyük qardaşım əsəbləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bir çıxış yolu kimi həm də".
Tanınmış ifaçı 15 yaşında evlənməsi haqda isə bunları söyləyib:
"Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi.
Təsəvvür edin ki, "Vağzalı" çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir-dua versin. Mən atama dedim ki, ata, mən hara gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür, uşağam, heç başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcədə saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın hara getdiyi belə ona hələ çatmır".
Sənətçi, müğənnilik etmə istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib:
"Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdı. Nə isə. Mən heç vaxt dünyasının dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi.
Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gəzlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o məni başa düşərdi. O da istəmədi . O da istəməyəndə mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, mənim taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım . Mən 8 il o həyatı yaşadım . Hətta, 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu yaşam tərzimə".
Məşhur müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib:
"Onun bircə səhvinin ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi amma mən bağışlamadım. Bilirsənmi necə, hər şey sübut olunduğu gün ki ,mən onu bağışlamayacam, onun ağlına belə gələməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm . Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamıram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik".
Xalq artisti həyat yoldaşı ilə yaşadığı son günün detallarını açıqlayıb:
"Biz iki dost kimi əyləşdik. Mən, hətta, gözəl bir süfrə də açdım, gözəl bir sarı qızılgül qoydum masaya. O, başa düşmədi ki, nə var, nə yox. O, sadəcə olaraq öz peşmançılığını bildirdi, üzr istədi . Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O, bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi