PA rəhbəri Ramiz Mehdiyev: "Referendum Azərbaycana çox şey verəcək"

img

26-09-2016 [21:26]


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.

R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib. 

Qeyd edək ki, məntəqədə 1440 seçici qeydiyyatdadır.

Daha sonra PA rəhbəri Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.

R. Mehdiyev VK-nın mövqeyinə münasibətinin mənfi olduğunu deyib: "Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf gedir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".

ramiz-ses


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA