Dollarla krediti olanlara bəd xəbər - Nazir güzəşt olmayacağını açıqladı

img

26-09-2016 [15:21]


Maliyyə naziri Samir Şərifov problemli kreditlərlə bağlı mövqeyini bildirib.

Nazir deyib ki, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır:

"Biz hər iki tərəf üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. «Dövlət öhdəliyi öz üzərinə götürür» demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır.

Biz anlamalıyıq ki, kredit borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq”, – deyə, nazir bildirib.

Xatırladaq ki, ötən il Azərbaycanda baş verən iki devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin ödənməsində problemlər yaranıb. Bir müddət öncə belə problemli kreditlərin həcminin 1 milyard 500 milyon manatdan çox olduğu bildirilmişdi. 

Ötən il bəzi deputatlar 10 min dollara qədər götürülən kreditlərin köhnə məzənnə ilə qaytarılacağını bildirsələr də, sonradan hökumət rəsmiləri belə məlumatları təkzib etmişdilər. Son günlər bəzi saytlarda yenə oxşar iddialar gündəliyə gətirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA