QHT-lər üçün silsilə piar təlimləri keçiriləcək

img

03-05-2010 [01:19]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin mətbuatla əlaqələrinin qurulmasına aid aylıq silsilə təlimlərə başlayır. Təlimlərdə iştirakçılara QHT-lərin müasir kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin nəzəri və praktiki əsasları haqda biliklər veriləcək, bu sahədə mövcud vəziyyət peşəkar mütəxəssislər tərəfindən analiz ediləcək. Şuradan MİA-ya verilən məlumata görə, təlimlərdə bütün QHT rəhbərləri və QHT-lərin PR işinə məsul şəxslər iştirak edə bilərlər. Təlimlərdə iştirak etmək üçün öncədən zəng vurub, təşkilatın və iştirakçı şəxsin adını bildirmək lazımdır. İlk təlim 20 may 2010-cu il saat 15.00-da Şuranın ofisində konfrans zalında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA