Yağıntılı hava üç gün davam edəcək, bəzi yerlərə qar yağacaq

img

03-05-2010 [12:58]


Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti üç gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 10-12? isti, axşam 6-8? isti olacaq. Mayın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 12-15? isti təşkil edəcək. Mayın 5-də dəyişkən buludlu havanın arabir tutulacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 14-17? isti olacaq. Mayın 6-da isə hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 15-19? isti olacaq. Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9? isti, gündüz 12-17? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 3-7? isti olacaq. Mayın 5-6-da əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9? isti, gündüz 15-20? isti, dağlarda gecə 1? şaxtadan 3?-dək isti, gündüz 3-8? isti təşkil edəcək. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən müsbət amil olsa da, mövsümə görə sərin və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA