Bakının mərkəzində birmərtəbəli bina partlayız nəticəsində uçub

img

02-05-2010 [06:57]


Bu gün saat 12:33 radələrində Bakının Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 215 ünvanında, "Kapelhaus" Alman-Azərbaycan Mədəniyyət Mərkəzi yaxınlığında birmərtəbəli binanın bir hissəsi uçub. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, qəza partlayış nəticəsində baş verməyib və binada yanğın qeydə alınmayıb. Nəsimi rayon Polis İdarəsinədən bildirblər ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, binanın uçması nəticəsində ətrafda dayanan bi maşına ciddi zərər dəyib. Nəsimi rayon Qaz İstismar İdarəsindən bildirildiyinə görə, binanın uçması nəticəsində əraziyə gələn qaz kəməri də ciddi xəsarət alıb və kəmərin dörd yerində sınmalar qeydə alınıb. Bu səbəbdən də Qaz İstismar İdarəsi əraziyə gələn qazı kəsməli olub(anspress). Qəzadan dərhal sonra Fövqəladə Hallar Nazirliyi, Nəsimi rayon Polis İdarəsinin əməliyyat qrupu və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyninin rəsmi şəxsləri də əraziyə gəliblər. Hadisənin əsas səbəbi kimi binanın köhnə və qəzalı olması göstərilir. Ev sahibəsi Cəmilə Məmmədova ANS-ə bildirib ki, hadisə baş verən zaman o içəri otaqda olub. ?Hadisə baş verən zaman mən içəri otaqda idim. Hardasa 12-nin yarısı olardı. Bunlar hamısı köhnə binalardı. Gör neçə illərdi. Mən ərazinin mənzil istismar idarəsinə, İcra Hakimiyyətinə binanın bu vəziyyətdə olması ilə bağlı müraciət etmişəm. Onlar da binanın uçma ehtimalından ehtiyatlanaraq gəlib onun ətrafında qırmızı lent çəkmişdilər?, - deyə ev sahibəsi qeyd edib. Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatları Birliyinin baş mühəndisi Füzuli Məmmədov öz növbəsində binanın qəzalı vəziyyətdə olmadığını bildirib. ?Bina özü qəzalı vəziyyətdə deyil. Sadəcə onun bir divarı təhlükəli vəziyyətdə idi. Biz bunun üçün lazımi tədbirlər görmüşdük, binanın şəkillərini çəkmişik, qırmızı lentə almışıq, Bakı Şəhər İcra Hakimiyyətinə lazım olan bütün məlumatları ötürmüşük. Gələn həftənin binici günündən etibarən binanın sökülərək yenidən tikilməsinə başlanılmalı idi ki, belə bir hadisə baş verdi?, - deyə o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA