Müsavat Partiyası Məclisinin iclası keçirilib

img

02-05-2010 [06:44]


Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Məclis əvvəlcə Binəqədi rayon təşkilatının yeni seçilmiş sədri Nemət Kərimlinin Məclis üzvü səlahiyyətlərini təsdiq edib. Tofiq Yaqublunun Müsavat Partiyası Başqanının müavini təyin edilməsi ilə əlaqədar onun yerinə Məclis katibi vəzifəsinə gizli səsvermə ilə Arifə Hüseynli seçilib. Sonra Məclisdə boş qalmış yerlərə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə Başxanım Abbaslı, Dünyaxanım Vahab, Əhəd Məmmədli, Baha Mikayıl və İkram İsrafil Məclis üzvü seçiliblər. Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı təkliflər paketini Duvan üzvü Qubad İbadoğlu təqdim edib. Müzakirələrdən sonra əlavə və düzəlişlər nəzərə alınmaqla sənəd əsas kimi qəbul edilib. 2010-cu il parlament seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxış edib. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilib. Ölkədəki ictimai-siyasi vəziyyətə dair partiya başqanı İsa Qəmbərin məruzəsi dinlənilib və bu yöndə müzakirələr aparılıb. Səslənmiş fikir və təkliflər nəzərə alınmaqla Məclis adından sənədin hazırlanması Divana həvalə edilib. Sonda cari məsələlər baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA