Sədərəkdə yanğın: mühafizəçi xəsarət aldı, 1 nəfər zəhərləndi - Foto + Video (Yenilənib)

img

24-09-2016 [11:12]


Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Averilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***
09:57

Səhər saatlarında Sədərək Ticarət Mərkəzində baş verən yanğın artıq söndürülüb.

Bu barədə Trend-ə Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın ticarət mərkəzində 9-cu sırada yerləşən ayaqqabı mağazasında baş verib. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.

09:24
***
Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.

Yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Sadıqov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib.
Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub. Yanğın pərdə-tül mağazasında baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA