FHN-çilər Xəzəryanı ölkələrlə birgə təlimdə! – FOTOLAR

img

23-09-2016 [16:59]


21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə "Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib.

Mia.az FHN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında beynəlxalq kompleks təlimdə Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” tipli amfibiya təyyarəsi, "Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi texnogen qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında uğurla iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti təlim çərçivəsində qərargahda yaradılmış videokonfransda  və "Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda da təmsil olunublar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA