“Prezidentin tapşırığı ondan ibarətdir ki...” - Nazir

img

23-09-2016 [16:35]


"Azərbaycanda 2017-ci ildə sosial sahəyə ayrılan vəsait artırılacaq".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında gələn ilin dövlət və icmal büdcəsi müzakirə olunub: 

"Toplantıda Prezident İlham Əliyevin tapşırıqları səsləndirilib. Cənab Prezidentin tapşırığı ondan ibarətdir ki, sosial proqramlarda hər hansı bir kəsr və bu sahəyə ayrılan vəsaitdə azalma ola bilməz. Gələn ilin büdcəsinin layihəsi çap olunacaq və görəcəksiniz ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində, 2017-ci ilin dövlət büdcəsində sosial təminat, sosial müdafiə xərclərində də artım var. Bu bir daha təsdiq edir ki, ölkədə aparılan bütün işlər, aparılan islahatlar hamısı bir məsələyə, Azərbaycan vətəndaşının yaşayış səviyyəsinin, onun rifahının yüksəldilməsinə xidmət edir. Növbəti ilin büdcəsi də bunu bir daha təsdiqləyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA