Bu ali məktəblərin akkreditasiya müddəti başa çatıb - Siyahı

img

23-09-2016 [14:54]


Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.

Bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.

Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, ali təhsil müəssisələri yalnız müvafiq dövlət standartlarının tələbləri çərçivəsində akkreditasiyadan keçdikdən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərə bilərlər.

(lent.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA