23-09-2016 [14:24]
Bu gün Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın milli mətbuatımızın banisi, görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş "İşığa gedən yol” romanının imza və təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq roman haqqında qısa məlumat verib. O qeyd edib ki, Sona xanım Həsən bəy Zərdabi haqqında belə böyük bir roman ərsəyə gətirməklə, sanki Həsən bəy Zərdabiyə bir heykəl qoyur. K.Tahirov deyib ki, romanda Həsən bəy Zərdabinin ömür yolu zərgər dəqiqliyi ilə təsvir edilir.
Sonra çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə bir əsər yaratmaq çox vacib hadisədir: "Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi təbii ki, çox sevindirici haldır”.
V.Əliyev bildirib ki, kitabın dili o qədər sadə və rəvandır ki, oxucular çox rahatlıqla hadisələri başa düşür: "Bu çox dəyərli əsərdir. Bu hamı üçün Həsən bəy Zərdabinin həyatını, tarixini öyrənmək istəyənlər üçün gözəl bir mənbədir”.
Nazir müavini əlavə edib ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin dekanı, professor Cahangir Məmmədli kitabın əhəmiyyəti haqqında danışıb. O qeyd edib ki, Sona xanım tarixi şəxsiyyətimiz barədə çox gözəl bir əsər ortaya qoyub: "Bu kitabda Həsən bəy Zərdabinin ömür yolu ilə yanaşı, Azərbaycanın həmin dövrdəki tarixi də bədii şəkildə çox peşəkarlıqla əks olunur. Bu kitab tələbələrimiz, tarixçilərimiz üçün də gözəl bir mənbədir”.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: "Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir, çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir”.
Ə.Amaşov əlavə edib ki, bu kitab Mətbuat Şurası tərəfindən Ali media mükafatına layiq görülüb.
Milli Məclisin deputatı Nizami Cəfərov da çıxışında kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında belə bir gözəl əsərin yaradılması çox sevindirici haldır: "Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, bu kitab hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan E.Axundova bu kitabın rus, ingilis və digər dillərdə də çap edilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və digər iştirakçılar da kitab haqqında fikirlərini bölüşüblər, romanın Azərbaycanın dahi şəxsiyyətlərinin və tarixinin öyrənilməsində gözəl bir mənbə olduğunu diqqətə çatdırıblar.
Təqdimat mərasiminin sonunda çıxış edən Sona Vəliyeva bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi əhəmiyyəti var: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi. Kitab haqqında çoxlu rəylər yazılıb. Hər kəsə təşəkkür edirəm, dəyərli fikirlər səsləndi. Bu fikirləri eşitmək mənim üçün xoş idi”.




Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir