Sabah güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

img

23-09-2016 [13:13]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturunun gecə 16-19° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA