23-09-2016 [12:25]
"Ermənistan paytaxtı İrəvanda Rusiyadan alınan modern "İsgəndər” raketlərinin (500 km-ə qədər məsafəyə zərbə endirə bilir) nümayiş etdirilməsi Azərbaycanda böyük narazılığa səbəb olub. Ermənistan ordusunun hərbi paradda həmin raketləri nümayiş etdirilməsi Azərbaycana mesajdır".
Mia.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, birinci mesaj bundan ibarətdir ki, Rusiyanın Ermənistan verdiyi silahlar, o cümlədən müasir "İskəndər” raketləri Ermənistanı qorumaq və Azərbaycanı təhdid altında saxlamaq gücündədir:
"İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Başqa sözlə həmin silahların bir hissəsi Dağlıq Qarabağda yerləşdiriləsək. Halbuki, bu, beynəlxalq hüquqa ziddir".
Politoloq deyir ki, "İsgəndər” raketlərinin separatçıların əlinə keçə biləcəyi Rusiyanı narahat etmir:
"Əks halda, hansısa rusiyalı rəsmi açıqlama verib deməliydi ki, "Rusiyanın Ermənistana verdiyi silahla Dağlıq Qarabağda yerləşdirilməyəcək”. Ancaq rusiyalı rəsmilər və diplomatlar belə bir açıqlama verməyiblər.
İndisə əsas sual budur: İrəvanda nümayiş etdirilən modern "İsgəndər” raketləri Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir?
Bu sual ətrafında azərbaycanlı jurnalistlər və ekspertlər müzakirələr aparırlar. Çünki, bu silah çox dağıdıcı xüsusiyyətlərə malikdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya bu silahı hər dövlətə satmır. Varlı Səudiyyə Ərəbistanı bu raketləri almaq üçün Moskvaya müraciət etmişdi. Moskva rədd cavabə verdi. Moskva varlı Səduyyə Ərəbistanının əvəzinə həmin raketləri kasıb Ermənistana göndərdi".
Görəsən, rəsmi Bakı müraciət etsə, Rusiya bu raketləri Azərbaycana da satarmı?
Ekspertin sözlərinə görə, bu sual da açıq qalır:
Elxan ŞAHİNOĞLU
"Sözdə Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır və bölgədə hərbi balansın pozulmasını istəmədiyini bildirir. Ancaq "İsgəndər” raketlərinin ancaq bir dövlətə məxsus olması hərbi balansı pozur. Demək o biri dövlətdə də bu raketlərdən olmalıdır. Rusiya rəsmi Bakının da raketləri əldə etmə müraciətinə rədd cavabı verərsə, deməli Kremlin "hərbi balans pozulmamalıdır” kimi problemi yoxdur. Rusiya üçün əsas odur ki, Ermənistan Azərbaycandan zəif olmasın.
Raketlərin hansı dövlətə məxsus olmasıyla bağlı qeyri-müəyyənliyə Azərbaycan XİN aydınlıq gətirməlidir. Əlbəttə, rəsmi Bakı raketlərlə bağlı Rusiyaya nota verə bilməz. Rəsmi Bakı Rusiyanın silahı kimə satması və hədiyyə verməsi işinə qarışa bilməz, bu Moskvanın daxili işidir. Ancaq Azərbaycan XİN heç olmazsa öz kanalları ilə məsələni aydınlaşdırmalı və bu haqda Azərbaycan ictimaiyyətinə məlumat verməlidir ki, İrəvanda nümayiş etdirlən "İsgəndər” raketləri kimə məxsusdur, Rusiyaya yoxsa Ermənistana?
Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri saytları vasitəsilə yaymasının məqsədi bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmağa hesablanıb. Ona görə də məsələyə aydınlıq gətirməlidir. Bunun aydınlaşdırmanın yolu isə Azərbaycan XİN-nin rusiyalı həmkarlarına müraciət etməsidir. Rusiya XİN və ya Müdafiə Nazirliyi açıqlama verib deməlidir ki, həmin "İskəndər” raketləri onlarındır, yoxsa ermənilərin?
Rusiya rəsmiləri və hərbçiləri hələ ki, susurlar. Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə deməli bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur. Bu isə o deməkdir ki, həmin silahlatr çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir. Bundan başqa Ermənistan hakimiyyəti yenə köhnə təxribatına əl ataraq işğal altındakı Ağdam və digər ərazilərdə hərbi təlimlərə başlayıb. Demək, aprel döyüşləri rəsmi İrəvana heç nəyi anlatmadı. Ermənistan əvvəlkitək Rusiyaya arxayındır".
E.Şahinoğlu bildirir ki, Rusiya hakimiyyətinin və hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslərin hesablamadığı məqam var:
"Azərbaycan başqa ölkələrdən də modern silahlar alır. Həmin ölkələr isə Rusiyadan fərqli olaraq Ermənistana pulsuz silah vermirlər. Bu ölkələrin Azərbaycanla Ermənistan arasında hərbi balansın qorunması kimi problem yoxdur.
Ona görə də Azərbaycan silah ehtiyatını çoxaltmaq və çeşidləndirmək məcburiyyətindədir. Rəsmi Bakı hər zaman çalışacaq ki, bölgədə hərbi balans Azərbaycanın xeyrinə olsun. Bu halda Ermənistan digər dövlətlərdən də silah almaq məcburiyyətində qalacaq. Ermənistanın silahlanmaya daha çox maliyyə xərcləməsi isə bu dövlətin problemlərini artıracaq. Ermənistan Rusiyadan silah alsa da, bu ölkənin başqa növ silahlara da ehtiyacı var. Həmin silahları isə Ermənistan müxtəlif dövlətlərdən pulla almaq məcburiyyətindədir".
Müsahibimiz deyir ki, Rusiya Ermənistana modern silahlar bağışlamaqla və sentyabrın sonunda Dağlıq Qarabağ separatçılarının iştirakıyla Moskvada konfransda iştiraka şərait yaratmaqla vasitəçi statusuna kölgə salır:
"Aydındır ki, belə bir şəraitdə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək. Rusiya prezidenti Vladimir Putinin "biz münaqişənin həllinə heç bir tərəfin qalib və məğlub olmasını istəmirik” sözləri də bundan xəbər verir.
Belə vəziyyətdə danışıqlar prosesində irəriləyiş olmayacaq. Bu isə növbəti hərbi qarşıdurma ehtimalını artırır. Azərbaycan və Ermənistan prezidentlərinin Müstəqil Dövlət Birliyinin Bişkək toplantısındakı mübahisəsi ondan xəbər verir ki, indiki vəziyyətdə iki prezident arasında razılaşma mümkün deyil. Azərbaycan prezidenti Konstitusiya dəyişikliklərindən sonra daxildə mövqelərini bir az daha gücləndirəcək. Bu isə dövlət başçısına Dağlıq Qarabağ istiqamətində daha strateji addımlar atmağa imkan verəcək.
Bu arada, müdafiə naziri Zakir Həsənov sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirə keçirdi. Müdafiə nazirinin müşavirədə səsləndirdiyi əsas fikir bu idi: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”.
Bu cümlədə nazir konkret olaraq Dağlıq Qarabağ və işğal olunmuş ərazilərin adını çəkmir, "düşmənin bütün ərazisi” fikrini işlədir. Yəni bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toquşmada Ermənistan "İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "ortaq müdafiə” prinsipinə məhələ qoymayacaq. Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi