Səhiyyə Nazirliyi imtahan keçirdi, 34 həkim kəsildi

img

22-09-2016 [17:39]


Səhiyyə Nazirliyinin 19-20 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

İmtahanlarda ümumilikdə 296 həkim iştirak edib. Onlardan 34-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA