Nazirlər Kabinetinin səlahiyyəti azaldılır - Dəyişiklik

img

22-09-2016 [15:51]


"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilir.

Mia.az Trend-ə istinadən bildirir ki, nəzərdə tutulan yeni dəyişiklikdə 24,4-cü maddənin qanundan çıxarılması təklif edilir. Həmin maddəyə görə, peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, həmin qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinə tapşırılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA