Samir Şərifov Asiya inkizaf Bankının toplantısına qatılıb

img

01-05-2010 [02:41]


Mayın 1-də Daşkənddə Asiya İnkişaf Bankının (AİB) növbəti illik toplantısı işinə başlayıb. Dördgünlük iclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. İclasda AİB-in ötən dövrdə regiondakı fəaliyyəti və gələcək planları, qlobal maliyyə böhranının regiona təsiri və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı ilə bağlı məsələlər müzakirə olunacaq. Hazırda CAREC çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yollarının yenidən qurulması və genişləndirilməsi, dəmir yolu ticarəti və daşımalara dəstək layihələri maliyyələşdirilir. Həmçinin ?Şəhər su təchizatı və kanalizasiya?, ?Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması? layihələri, Gəncə dairəvi avtomobil yolunun tikintisinə də bu proqram çərçivəsində vəsait ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA