BMT nümayəndəsinin mətbuat konfransında qalmaqal, jurnalist APA rəhbərinə müraciət etdi - FOTOLAR

img

22-09-2016 [14:30]


Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst bu gün Azərbaycandakı insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb.

O, çıxış etdikdən sonra isə jurnalislərin suallarını cavablandırıb. 

Mişel Forstin müxalif yönümlü media qurumlarının təmsilçilərinə sual verməyə şərait yaratması isə mətbuat konfransında iştirak edən iqtidaryönlü jurnalistlərin ciddi narazılığına səbəb olub.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı da Ferysbuk-dakı səhifəsində açıqlama verib. O, hətta APA-nın baş direktoru Vüsalə Mahirqızına açıq müraciət edərək, əməkdaşının mətbuat konfransında sual verən həmkarlarına irad tutmasına etirazını bildirib. 

Mətbuat konfransında baş verənlərə gəldikdə isə, bir qrup iqtidaryönlü jurnalist çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər. Həmin jurnalistlər Mişel Forsta irad tutaraq deyiblər ki, sözügedən hesabat hazırlanarkən, yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib.

Mişel Forst isə jurnalistlərin bu etirazlarına gülərək, cavabını ifadə edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA