Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırdılar

img

22-09-2016 [12:40]


Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində növbəti dəfə yanğınlar törədiblər.

Mia.az-ın məlumatına görə, APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün erməni silahlı qüvvələrinin müxtəlif qoşun birləşmələrinin Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirdiyi təlimlər başa çatandan sonra böyük bir sahə yandırılıb.

Yanğınlar işğal altında olan Ağdam şəhərinin ətrafına qədər yayılıb. Cəbhəyanı kəndlərdən yanğınları müşahidə etmək mümkündür.

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdiriblər. Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçiriblər.
Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə olunub.
Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərindən eşidilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA