21-09-2016 [20:48]
Tanınmış iqtisadçı Qubad İbadoğlu "Prezident idarəçiliyinin dünya təcrübəsi" ilə bağlı təhlil yazıb.
Mia.az iqtisadçı-alimin həmin təhlilini təqdim edir:
*****
Şotlandiyada prezident olmaq üçün 16 yaşa, İtaliyada isə 50 yaşa çatmaq tələb olunur.
Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər məqsədilə keçiriləcək referendumla bağlı rəyini açıqlayıb.
VK rəyində diqqəti cəlb edən ən ciddi məqam təklif edilən düzəlişlərin bir çoxunun prezidentin səlahiyyətlərin artırılmasına yönəlməsidir.
VK dövlət başısına vaxtından əvvəl prezident seçkilərini elan etmək, Milli Məclisi buraxmaq, təyinatlı vitse-prezidentlər institutunu yaratmaq səlahiyyətlərinin verilməsindən narahatdır.
Onlar hesab edirlər ki, bütün bunların nəticəsində hakimiyyətin qolları arasında balans pozula və onların bir çoxu müstəqilliyini itirilə bilər.
Bununla yanaşı, VK referendumun parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib və layihə referenduma təqdim edilənə qədər hakimiyyətin onunla məsləhətləşmə aparmamasına təəssüf edib.
Göründüyü kimi, VK vaxt azlığından ən vacib məqamlara toxunub. Onlar arasında yaş limitinin ləğv olunması yoxdur. Çünki, bir çox ölkələrdə, xüsuslə də Avropa dövlətlərində – Danimarkada, Hollandiyada, Estoniyada, Fransada, Norveçdə, Almaniyada, Böyük Britaniyada yaş limiti çoxdan ləğv edilib, həmin ölkələrdə 18 yaşından, Şotlandiyada isə hətta 16 yaşından yuxarı hər bir vətəndaşa prezidentlik marafonuna qoşulmasaq hüququ verilib. Onların yanaşmasına görə, seçən hər bir şəxs həm də seçilmək hüququna malik olmaldır. Buna baxmayaraq, bəzi ölkələrdə isə yaş senzi çox yuxarı təyin olunub.
Məsələn, Pakistanda, Fillipində, Türkiyədə prezidentlik üçün minimum yaş həddi 40 yaş, hətta İtaliyada 50 yaş müəyyənləşdirilib. Dünyanın əksər ölkələrində isə yaş həddi 35-dir.
Prezidentlik müddətinə gəlincə, prezidentlər bir çox ölkələrdə, o sıradan Tacikistanda (2 dəfə ardıcıl), Qırğızıstanda (yalnız 1 dəfə), Özbəkistanda (2 dəfə ardıcıl), İrlandiyada (yalnız 1 dəfə), İsraildə (yalnız 1 dəfə), Qabonda, Ekvatorial Qvineyada və Kamerunda (həmişəlik) 7 ildən bir seçilirlər.
Efiopiyada və Uqanda da prezidentlik müddəti uyğun olaraq 6 və 5 il müəyyən edilsə də onlarda da prezident üçün seçim müddətinə məhdudiyyət aradan qaldırılıb.
Zimbabvedə əvvəllər prezident istədiyi qədər seçilmək imkanına malik olsa da, 2013-cü ildən tətbiq olunan konstitusiya dəyişikliklərinə görə, bu ölkədə prezident hər dəfə 5 il olmaqla ardıcıl surətdə 2 dəfə seçilə bilər. Bu sahədə ən maraqlı təcrübə Qazaxıstana məxsusdur. Bu ölkədə prezidentlik müddətinə limit ilk prezident istisna olmaqla digərlərinə tətbiq olunacaq.
Vitse-prezidentlik institutlarına gəlincə, bu daha çox Cənubi Amerika dövlərtlərinə (Braziliya, Argentina, Kolumbiya, Meksika və s.) və ABŞ üçün xarakterikdir. Lakin, bu ölkələrin hər birində vitse-prezidentlər seçilirlər. Azərbaycanda təklif olunan yeni idarəçilik qaydalarına görə, vitse-prezidentlər prezident tərəfindən təyin olunacaq.
1-ci vitse-prezident prezident səlahiyyətini idarə edəndə parlamenti buraxmaq səlahiyyətinə malik olacaq. Yəni, bu halda təyinatlı şəxs seçkili strukturu buraxa bilər. Bu isə nəinki demokratik idarəçiliyə ziddir, həm də absurddur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi