ismayıl Ömərov TüRKSOY tərəfindən mükafatlandırılıb

img

01-05-2010 [01:09]


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb. Mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin təbliği, gələcək nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. İctimai Televiziya və Radio Yayımları Şirkətindən MIA-ya verilən məlumata görə, İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımda ?Yeni gün? proqramına görə şirkətin ?Səhər? proqramları departamentinin direktoru Səidə Musabəyli və bu proqramdakı peşəkar aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA