AMEA-da struktur və kadr dəyişikliyi - Təyinat

img

21-09-2016 [17:29]


Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikliyi edilib. 

AMEA-nın Rəyasət Heyətinin iclasında Biofizika İnstitutunun strukturu, Elm Tarixi İnstitutunun Elmi şurasının tərkibi təsdiq edilib, Tarix İnstitutunun strukturunda dəyişiklik olunub.

İclasda Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin uzadılması, həmçinin filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması haqqında da qərarlar qəbul edilib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə fizika-riyaziyyat üzrə elmlər doktoru Oktay Qasımov Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA