21-09-2016 [17:19]
Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib.
Ş.Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.
O deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: "Yadıma gəlmir ki, Venesiya Komissiyası bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.
** **
"Venesiya Komissiyasının rəyi Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb. Azərbaycan Konstitusiyasında iaə 159-cu maddə yoxdur”.
Bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
O bildirib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: "Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. Hamı ABŞ-ı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.
PA-nın şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin ishalatlarının önündə getməməsi ilə bağlı yazılar dərc olunub: "Nazirlər Kabinetinin institusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.
O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır:"Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentn səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır”
Şöbə müdirinin sözlərinə görə, sözügedən rəy Azərbaycana qarşı bir sifarişdir və bu sifariş AŞPA-da oturan deputatlardan gəlir:"Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilməyib. Ancaq onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi