Bu gün Zəhmətkezlərin Həmrəylik Günüdür

img

01-05-2010 [01:06]


Bu gün dünyanın bir çox ölkələrində Zəhmətkeşlərin Həmrəylik Günü qeyd olunur. Bu gün həmçinin bir sıra ölkələrdə Birlik, Həmrəylik və Haqsızlıqla mübarizə günüdürr. Bu münasibətlə bəzi ölkələrdə hətta qeyri-iş günü elan edilib. 1 mayda adətən siyasi, sosial qrupların nümayişləri də keçirilir. 1 may gününün tarixi isə 1886-cı ildən başlayır. Həmin vaxt ABŞ və Kanadanın sosialist, kommunist və anarxist təşkilatları mitinq və nümayişlər keçiriblər. Onlar həftənin altı günü 12 saat işləməkdən imtina edərək 8 saatlıq iş günü tələbi irəli sürərək buna nail olublar. Bu gün isə 1 may günü hətta uzaq Fillipində də qeyd olunub. Paytaxt Manilada küçələrə çıxan minlərlə insan dövlətdən iş şəraitinin yaxşılaşdırılmasını tələb edib. Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur. Nümayişlərlə əlaqədar olaraq İstanbul şəhərinin bir sıra avtomobil yolları bağlanıb. Türkiyədən fərqli olaraq isə Yunanıstan bu il 1 may bayramını qeyd etmir. Bu isə ölkənin üzlşəşdiyi ağır maliyyə böhranı ilə əlaqədardır. Rusiyada da 1 may günü ölkənin bütün şəhərlərində böyük təntənə ilə qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA